Загрузка...
Xəbər lenti



Загрузка...

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”
Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”
15 Mart 2017 / 14:19 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4

Xırdalanda mənzildə dəm qazından zəhərlənərək ölən Mələk Abbasova və Turanə Xalıyeva II kurs tələbələri olub.

Bunu Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüsxarə Əliyeva bildirib.

“Mənə xəbər verilən kimi hadisə yerinə gəldim. Böyük faciə baş verib. Deyilənə görə, hadisə dəm qazı nəticəsində baş verib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Xırdalan şəhərində kirayədə yaşayan 5 nəfər dəm qazından boğularaq ölüb. Bunlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.

Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. (apa)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə