Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda sabiq polis mayoruna bəraət verildi
Azərbaycanda sabiq polis mayoruna bəraət verildi
15 Mart 2017 / 14:39 / Baxış sayı: 798
Font1 Font2 Font3 Font4

Apelyasiya Məhkəməsi sabiq polis mayoruna bəraət verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. O, bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi:

“O vaxt Ənvər Seyidov mənə bildirmişdi ki, hökmümü heç kim ləğv edə bilməz. Qeyd edilən qərara apelyasiya şikayəti verdim və bu gün Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verdi. N.Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılıb. Bayramqabağı bu ailəyə bəxş etdiyim sevincə görə çox xoşbəxtdəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə