Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Lotu Quli”nin yeznəsinin məhkəməsi təxirə salındı
“Lotu Quli”nin yeznəsinin məhkəməsi təxirə salındı
15 Mart 2017 / 15:46 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə istintaqı təxirə salınıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Hakim təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibovun hazırda MTN genaralı Akif Çovdarovun işi ilə əlaqədar təcridxanada olduğunu deyib. Vəkil məhkəmədə iştirak etmədiyinə görə proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, V.Hüseynov 2016-cı il aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanının qarşısında Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.

V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.

İşə Sabunçu Rayon Məhkəməsində baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən araşdırlması üçün prokurorluğa göndərilib.

Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Fərid Nağıyev vəsatətlə çıxış edib. O, hakim Ə.Hacıyevə etiraz verib. Prokuror bildirib ki, Nadir Səlifovun (“Lotu Quli”) məhkəməsi zamanı Ə.Hacıyev onun vəkili olub. Prokuror qeyd edib ki, bu, hakimin işdə maraqlı olması kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. V. Hüseynov da vəkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər Fikrət Qəribov və Rasim Sadıqov etirazla bağlı müşavirəyə gediblər. Müşavirədən sonra qərar açıqlanıb. Hakimlər etirazı təmin ediblər. Yeni hakim təyin olunana kimi isə proses təxirə salınıb.

Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə