Загрузка...
Xəbər lenti



Загрузка...

Smartfon, “ağıllı” saat və televizorlar hakerlərin hədəfi olacaq – XƏBƏRDARLIQ
Smartfon, “ağıllı” saat və televizorlar hakerlərin hədəfi olacaq – XƏBƏRDARLIQ
15 Mart 2017 / 15:42 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın kibertəhlükəsizlik üzrə mütəxəssisləri xəbərdarlıq ediblər ki, bu il hakerlərin əsas diqqəti “ağıllı” saat, televizor və smartfonların “sındırılmasına” yönələcək.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, kibercinayətkarlar qarət məqsədilə müasir cihazları blok edəcək və blokdan çıxarılması üçün mükafat tələb edəcəklər.

Britaniyanın Cinayətkarlıq üzrə Milli Agentliyin və Kompüter Təhlükəsizliyi Mərkəzinin mütəxəssisləri qeyd ediblər ki, internet bağlantısı olan innovativ cihazların bazara çıxarılması hakerlərə onları “sındırmağa”, sonradan isə sahiblərini şantaj etməyə geniş imkanlar verir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə