Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sülhməramlılar döyüş əməliyyatlarında iştirak edəcək
Sülhməramlılar döyüş əməliyyatlarında iştirak edəcək
25 Aprel 2013 / 14:47 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycanın beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən sülhməramlı qüvvələri sülhün təminatı, yaradılması və hərbi əməliyyatlarda iştirak mərhələsinə keçəcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanuna ediləcək dəyişiklər zamanı müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Azərbaycanın sülhməramlı qüvvələrinə beynəlxalq miqyasda hərbi əməliyyatlara qoşulma, döyüş əməliyyatlarında birbaşa iştirak hüququ və beynəlxalq alyansın təyin etdiyi ərazidə nəzərdə tutulmuş hərbi əməliyyatı müstəqil şəkildə həyata keçirmək səlahiyyətləri verilir.

Hazırda qüvvədə olan qanuna görə isə Azərbaycanın sülhməramlıları yalnız mühafizə xidməti yerinə yetirir. Dəyişiklikdən sonra Azərbaycan sülhməramlıları mühafizə xidmətindən döyüş xidmətinə keçəcək.

Qanunun bu il Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.

arxiv.bizimxeber.az



Sülhməramlılar döyüş əməliyyatlarında iştirak edəcək yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə