Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Niderlanddakı türklərin partiyası parlamentdə 3 yer qazandı – FOTO
Niderlanddakı türklərin partiyası parlamentdə 3 yer qazandı – FOTO
16 Mart 2017 / 12:02 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4

Niderland krallığının vətəndaşı olan türklər ötən gün keçirilən parlament seçkilərində 3 deputat yeri qazanıblar.

“Report” xəbər verir ki, türk deputatların qurduğu DENK Partiyasının parlamentdə 3 deputatla təmsil olunması təmin edilsə də onların millət vəkillərinin sayının 5-ə çatacağı ehtimalı var.

Bu partiyanı Hollandiya Leyboristlər Pariyası üzvlüyündən çıxarılan türk deputatlar – Tunahan Kuzu və Səlcuq Öztürk qurub. DENK Partiyası 2015-ci il fevralın 9-da təsis edilib. Bu siyasi təşkilat daha çox krallıqdakı etnik azlıqların haqlarını müdafiə edir.

Tunahan Kuzu və Səlcuq Öztürk 2014-cü il noyabrın 14-də Leyborist Partiyasının inteqrasiya siyasətinə səs vermədikləri üçün təşkilatdan çıxarılıblar. Noyabrın 15-də türk millət vəkilləri partiyanın siyasətinin daha da sərtləşdiyini və ifrat sağ meyilləndiyini bəyan edərək, bu prosesə qarşı yeni bir hərəkat quracaqlarını bəyan ediblər.

Flamand dilində “DENK” sözünün mənası “Düşün” deməkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə