Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xocalı faciəsi Hollandiya mediasında
Xocalı faciəsi Hollandiya mediasında
25 Aprel 2013 / 15:34 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bu günlərdə Niderlandda yaşayan həmyerlimiz, jurnalist Vüqar Abbasovun yerli (Niderland) mətbuatda növbəti yazısı çıxıb.

Yazıda həmyerlimizin nədən söhbət açdığını öyrənmək üçün ona müraciət etdik və Vüqar bəy bizə aşağıdakıları bildirdi:
“Öncə diqqətiniz üçün təşəkkür edirəm. Mən bilmirəm bu yazının mətni oxucularınız üçün nə qədər maraqlı olar. Ancaq yazı barədə onları deyə bilərəm ki, bu yazıda bir çox insanın bildiklərini bir daha təkrar etmişəm. Yazının adı yazı barədə çox şeyi ifadə edir – “Müharibələr: neft, yoxsa demokratiya”. Yazının qısa tərcüməsi belədir: ““Demokratiya” – yunan sözü olub “xalq hakimiyyəti” deməkdir. Özünü demokratik adlandıran ölkələrdə 100% demokratiyadırmı? Mənim fikrimcə yox və əslində bu mümkün belə deyil. Seçkilər vaxtı siyasətçilər müxtəlif vədlər verir, seçkidən sonra isə bunlara əməl edə bilmirlər. Indi bəzi ölkələr dünyada “demokratiya yaratmaq,” “terrorla mübarizə” adı ilə müharibələr törədir, insanları öldürürlər. Amerikanın İraqda, Əfqanstanda törətdikləri qırğınlara baxmaq yetərlidir. İndi sözü gedən ölkələrdə demokratiyadırmı? Dünyada terror qorxusu yoxmudur? Deyin ki, biz də rahat nəfəs alaq. Təbii ki, bütün müharibələr neft və dolayısı ilə pul üstündədir.

Mən də neft ölkəsindən, Azərbaycandan gəlmişəm. Rusiya Azərbaycanı, onun neftini əldən verməmək üçün qırğınlar törətdi mənim ölkəmdə. Təkcə Azərbaycanın Xocalı şəhərində erməni-rus hərbçilərinin törətdikləri qırğınlara baxmaq yetərlidir. 600-dən artıq insan bir gecədə vəhşicəsinə öldürüldü, yüzlərlə insan itkin düşdü və.s. Tarixə baxsaq görərik ki, Rusiyada vəziyyət pisləşən kimi Azərbaycan və Ermənistan arasında müharibə yaradır və bu müharibədə ermənilərə kömək edir. Daha sonra yazıda birinci İraq müharibəsindən söhbət açılıb, rəqəmlər göstərilib”, – deyə Vüqar qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə