Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Alışanovu nə gözləyir? – Milyonlar necə “silinib”…
Arif Alışanovu nə gözləyir? – Milyonlar necə “silinib”…
16 Mart 2017 / 16:53 / Baxış sayı: 2012
Font1 Font2 Font3 Font4

“AzTV-dəki qanunsuzluqlarla bağlı araşdırma aparmaq üçün İctimai araşdırma qrupu yaradılır”.  arxiv.bizimxeber.az BakiPost.a istinadən xəbər verir ki, bu barədə AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı məlumat verib.

O bildirib ki, AzTV-də belə vəziyyətin yaranmasına səbəb Alışanovun bu işlərdən xəbərsiz olmasıdır: “Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti, kanalı şəxsi təsərrüfatı kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir.

Telekanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərə alaraq biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən İctimai araşdırma qrupu yaratmağı qərara almışıq”.

N.Cabbarlı vurğulayıb ki, İctimai araşdırma qrupunda televiziya işçiləri ilə yanaşı, hüquqşünaslar və QHT nümayəndələri də təmsil olunacaq: “Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracağıq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik”.
Qeyd edək ki, bu günlərdə mətbuatda Arif Alışanovun ofşor zonada şirkətlərinin olmasıyla bağlı məlumatlar yayılıb. Bildirilir ki, AzTV-nin son on bir ildə dövlətdən aldığı 704 milyon manat vəsaitin təxminən 158 milyonu əsasən naməlum xarici şirkətlər vasitəsilə “xərclənib”. İddia olunur ki, A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyinin və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır. Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarla bağlıdır. Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər, məhz bu məlumat bazasındadır.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə