Загрузка...
Xəbər lenti



Загрузка...

423 nəfər azadlıqda – YENİLƏNİR – SİYAHI
423 nəfər azadlıqda – YENİLƏNİR – SİYAHI
16 Mart 2017 / 17:37 / Baxış sayı: 1394
Font1 Font2 Font3 Font4

Azərbaycanda növbəti əfv verilib.. Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb. 

Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş həcmlisidir: “400-dən yuxarı şəxsə şamil oluna bilər. Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 mayında verdiyi amnistiya aktı ilə bağlı idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Komissiyanın 8 iclası keçirildi”. 

***

Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev azvision.az-a bildirib ki, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: “Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib”.

Qeyd edək ki, rəsmi mətbuat hələlik sərəncamı dərc etməyib. Bu səbəbdən əfvə düşənlərin siyahısı bəlli deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə