Загрузка...
Xəbər lenti



Загрузка...

Duterte impicment ediləcək
Duterte impicment ediləcək
16 Mart 2017 / 19:35 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4

Filippin parlamentinə Prezident Rodriqo Dutertenin impicment məsələsi ilə bağlı təklif təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, təklifi parlamentəki müxalifət təmsilçisi Qeri Aleyno təqdim edib.

“Bununla da Prezident Rodriqo Dutertenin qanun pozuntularına qarşı mübarizə aparmaq üçün filippinlilər öz səslərindən istifadə edə bilər” – müxalifət təmsilçisi bidlirib.

Müxalifət prezidenti xalqın etimadından sui-istifadədə, səlahiyyət həddini aşmaq kimi ağır cinayətlərdə ittiham edir.

Prezident Rodriqo Duterte bu iddiaları “qarayaxma” adlandıraraq, ölkə liderinin nüfuzuna heç nəyin ziyan vura bilməyəcəyini vurğulayıb.

Yetmiş bir yaşlı Rodriqo Duterte ötən il iyunun 30-da Filippinin prezidenti olub. O, prezident olandan sonra narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul çolanlara qarşı güc tətbiq etməyə başlayıb. Bu istiqmətdə aparılan silahlı əməliyyatlar nəticəsində bir neçə min öldürülüb. Tənqidçiləri onu məhkəməsiz edamlarda ittiham edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə