Загрузка...
Xəbər lenti



Загрузка...

Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı
Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı
16 Mart 2017 / 22:51 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə APA  “Frans Press”ə istinadən xəbər verir.

Agentlik bildirir ki,  bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı  türkyönümlü “Dost” partiyasını dəstəkləyib.  

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.  Bolqarıstanda parlament seçkilərinin keçirilməsi  martına 26-na planlaşdırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə