Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan Moskvaya sərt bəyanat
ABŞ-dan Moskvaya sərt bəyanat
17 Mart 2017 / 9:24 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

Ukraynanın Krım üzərində nəzarəti bərpa olunanadək ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq.  APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin bəyanatında deyilir.

Bəyanatda Rusiyanın 3 il əvvəl Krımı işğal etdiyi qeyd olunur.  Dövlət Departamenti Krımda 2014-cü ilin martın 16-da  keçirilən referendumun qeyr-legitim olduğunu qeyd edir: “Çünki Krım əhalisi ərazinin xarici ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu vaxt səs verməyə məcbur olub”.  ABŞ bir daha Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını qeyd edib.

“Krım tatarları, etnik ukraynalılar, Ukrayna yönümlü  fəallar və müstəqil jurnalistlər daim siyasi təqiblərə və repressiyaya məruz qalırlar. Biz Rusiyanı fikir, ifadə, toplaşma azadlığını boğmaq cəhdlərinə son qoymağa çağırırıq. Krım Ukraynanın tərkib hissəsidir. ABŞ Krımın Rusiya tərəfindən işğal olunmasını bir daha pisləyir və Moskvanı buna dərhal son qoymağa çağırır.   Rusiya Krım üzərində nəzarəti Ukraynaya qaytaranadək, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq”, – deyə bəyanatda bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə