Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda yük avtomobillərinin istehsalı dayandı
Azərbaycanda yük avtomobillərinin istehsalı dayandı
17 Mart 2017 / 10:14 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 66,2% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 25,6% artıb.

 

Belə ki, bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb.

 

Bundan başqa, bu ilin iki ayı ərzində 370 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb.  Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda traktor istehsal edilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə