Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan Trampla görüşəcək
Ərdoğan Trampla görüşəcək
17 Mart 2017 / 10:52 / Baxış sayı: 534
Font1 Font2 Font3 Font4

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bu barədə “Habertürk TV”yə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri iki ölkənin dövlət başçılarının təkbətək görüşünün dəqiq tarixini açıqlamayıb. Mövlud Çavuşoğlu habelə ölkə rəhbərlərinin müzakirə mövzuları barədə də danışmayıb. Lakin bununla belə, Ərdoğanla Trampın görüşünün Türkiyədə keçiriləcək referendumdan sonra baş tutacağını deyib. Qeyd edək ki, ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum gələn ayın 16-da baş tutacaq.

Çavuşoğlu eyni zamanda Avropa Birliyinin bir sıra dəyərlərdən uzaqlaşdığını da vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələr bu qurumun ömrünü uzatmağa çalışırlar.

XİN rəhbəri qeyd edib ki, Türkiyənin Avropadan uzaqlaşmasına səbəb yoxdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə