Загрузка...
Xəbər lenti



Загрузка...

ABŞ 58 nəfəri öldürdüyünü qəbul etdi
ABŞ 58 nəfəri öldürdüyünü qəbul etdi
17 Mart 2017 / 10:53 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndinin yaxınlığındakı məscidə hava zərbəsi endirdiyini qəbul edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda CENTCOM-un bir səlahiyyətlisi bildirib.

CENTCOM hadisə ilə əlaqədar ilk yazılı açıqlamasında “Əl-Qaidə”yə aid bir düşərgənin vurulduğunu və çoxlu sayda terrorçunun öldürüldüyünü açıqlamışdı.

Cina kəndinin mülki müdafiə səlahiyyətlisi Yəhya Cavad isə Rusiyaya məxsus olduğu təxmin edilən döyüş təyyarəsinin məscidi bombaladığını bildirmişdi.

Qeyd edək ki, dünən axşam namaz vaxtı baş verən hava hücumunda ən azı 58 nəfər həyatını itirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə