Загрузка...
Xəbər lenti



Загрузка...

Əfv olunanlar arasında 18 qadın var
Əfv olunanlar arasında 18 qadın var
17 Mart 2017 / 12:05 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncamda qeyd olunub. 14 qadın cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində tədbir keçirilib. Tədbirdən sonra əfv edilənlər azadlığa buraxılıblar.

Həbsxanadan azadlığa qovuşan Qardaşxanova Lətafət əfv edildiyi üçün prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Bu gün oğlumun ad günüdür. Oğluma qovuşdum. Bir ana üçün bundan böyük sevinc ola bilməz”. (azvision)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə