Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis “Əcəb eləmişəm” deyən KAMİKADZE sürücünün başını qırxdı VİDEO
Polis “Əcəb eləmişəm” deyən KAMİKADZE sürücünün başını qırxdı VİDEO
17 Mart 2017 / 12:10 / Baxış sayı: 1316
Font1 Font2 Font3 Font4

Keçən həftə hava limanı yolunda əks istiqamətdə hərəkət edən ”ZİL” markalı yük avtomobilinin sürücüsünün aqibəti deyəsən bənzərlərinə dərs olmayıb. Bir neçə gün əvvəl sosial şəbəkələrdə bir taksi sürücüsünün eyni yolda, eyni səhvə yol verdiyinə dair video yayılmışdı. Polis həmin şəxsi də müəyyən edib cəzalandırıb. Lakin onun cəzası daha ağır olub.

Hava limanı yolunda yük maşınını əks istiqamətdə sürməsini sərxoş halda müxtəlif bəhanələrlə izah edən bu şəxsin həbsi və sürücülük hüququndan məhrum edilməsi deyəsən dərs olmayıb. Daha bir avtoxuliqan eyni hərəkətə görə saxlanılıb.

O da eyni yolda ”Vaz-2107” markalı minik maşınını əks istiqamətdə, özü də saatda 80-90 kilometr sürətlə idarə edib. Sürücünün ağlasığmaz hərəkətini avtomobillərdən birində olan sərnişin çəkib. Qəza işıqlarını da yandıran taksinin sürücüsü kobud qayda pozuntusu ilə qarşıdan gələn nəqliyyat vasitləri üçün təhlükə yaradıb.

Görüntülər bir neçə gün əvvəl sosial şəbəkələrdə yayıldıqdan sonra yol polisi ”90-VX- 145” dövlət nömrə nişanlı avtomobilin sürücüsü 22 yaşlı Samir Məmmədəliyevi saxlayıb. Taksi xidməti ilə məşğul olan avtoxuliqan cərimə olunub, Suraxanı rayon Məhkəməsi 30 gün inzibati həbs edilib. Onun sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb.

Bir neçə gün əvvəl də ”ZİL” markalı yükmaşınını əks yolda sürərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra sürücü Elçin Babayev polis tərəfindən saxlanılmışdı. Sərxoş sürücü hətta əməlinə haqq qazandırmışdı.

Xəzər rayon məhkəməsinin qərarı ilə 15 gün həbs edildiyi üçün Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların saxlanma məntəqsində olan 46 yaşlı Elçin Babayev indi peşman olduğunu deyir. Saxlanılarkən özünü bələdiyyə sədrinin müavini kimi qələmə verməsini də sərxoş olması ilə əlaqələndirir. Bu ilin 2 ay yarım müddətində 6 belə sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə