Загрузка...
Xəbər lenti



Загрузка...

Artur Rasizadə: ” Cahangir Hacıyevin cinayətkar fəaliyyəti daha pis vəziyyət yaratdı…”
Artur Rasizadə: ” Cahangir Hacıyevin cinayətkar fəaliyyəti daha pis vəziyyət yaratdı…”
17 Mart 2017 / 12:37 / Baxış sayı: 1784
Font1 Font2 Font3 Font4

“Dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib”. Bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.

Onun sözlərinə görə, sistem əhəmiyyətli “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.

“Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5% təşkil edib: “Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib”. (APA)

*   *   *12:16

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.

APA-nın məlumatına görə, iclası sədr Oqtay Əsədov açıq elan edib.

İclasda Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı dinlənilir.

Hesabatı baş nazir Artur Rəsizadə təqdim edir.

İclasda Nazirlər kabinetinin üzvləri də iştirak edir.

*   *   *10:34

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 1 məsələ – Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Azərbaycanın baş naziri Artur Rasizadə təqdim edəcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə