Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Ekmələddin İhsanoğlunu qəbul edib
İlham Əliyev Ekmələddin İhsanoğlunu qəbul edib
25 Aprel 2013 / 16:18 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, E. İhsanoğlu Azərbaycanın təşkilatçılığı ilə İƏT üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.

Baş katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi qeyd edib.

Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan dövlət başçısı bu baxımdan son illərdə Bakıya və respublikanın digər regionlarına sərmayə qoyuluşunun artmasının önəmini qeyd edib. Prezident qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlət başçısı İƏT üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın bu təşkilatın bütün strukturlarında fəal əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilib, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə