Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda – VİDEO
Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda – VİDEO
17 Mart 2017 / 15:52 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4

“Həbsdən azadlığa çıxmaq elə hissdir ki, bunu sözlərlə ifadə etmək çətindi. Hələ də şokdayam və azadlıqda olduğuma inanmıram”.

Bunu “Report”a açıqlamasında Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərancamı ilə azadlığa buraxılan Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva deyib.

O qeyd edib ki, ev oğurluğu hadisəsinə görə məhkum olunub və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi: “Cəzamın bitməsinə 3 il 7 ay qalmışdı. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adımın olduğunu eşidəndə çox sevindim. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Bu Novruz bayramı bizim ailə üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən “Miss Şarm Azərbaycan-2002″nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə