Загрузка...
Xəbər lenti



Загрузка...

Parlamentdə dəm qazı həyəcanı
Parlamentdə dəm qazı həyəcanı
17 Mart 2017 / 15:46 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4

Millət vəkilləri son günlər dəm qazından ölüm faktlarına diqqət çəkib.

Azərbaycanda dəm qazından zəhərlənmə məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

“Bizimxeber” Trend-ə istinadən məlumat verir ki, deputat Elmira Axundova “Azəriqaz” İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, “Azəriqaz” İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: “Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq”.

E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: “Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bacalar yoxdur. Əgər kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, “Azəriqaz” İB bunu etməli deyil. Birinci növbədə, əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələər evdən çıxır, ya yox?”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə