Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Benzin növlərinin hansı rəngdə olacağı açıqlandı
Benzin növlərinin hansı rəngdə olacağı açıqlandı
25 Aprel 2013 / 16:46 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4
Son vaxtlar kütləvi informasiya vasitələrində ARDNŞ-ın emal kompleksində istehsal olunan benzinlərə maraq xüsusilə artıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, benzin markalarının fərqləndirilməsi məqsədilə onların rəngə boyadılması haqda açıqlamalar bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bunu nəzərə alaraq ARDNŞ bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb.

Artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin Dövlət Standartında da 2 saylı dəyişiklik edilib, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyanması nəzərdə tutulur.

Qeyd edək ki, 1980-ci ilə kimi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 4 növdə – A-66, A-72, A-76 və A-93 markalı avtomobil benzinləri istehsal edilib. Zavodda iri məhsuldarlığa malik katalitik riforminq qurğusu istismara verildikdən sonra respublikada istehsal olunmuş avtomobil benzinlərinin kəmiyyət və keyfiyyət göstəricilərində müsbət dəyişikliklər baş verib, istehsal 25,8% artıb, aşağı keyfiyyətli A-66 növlü benzinin istehsalı isə tamamilə dayandırılıb. 1990-cı ildə A-92 markalı yüksək oktanlı benzinlərin istehsalına başlanılıb, həmin il iki növdə – A-92 və A-93 markalı benzinlər istehsal olunub. 1991-ci ildə A-93 markalı məhsulun istehsalı dayandırılıb, A-92 markalı benzinin istehsalı isə davam etdirilib. A-72 markalı avtomobil benzininin istehsalı 1994-cü ildən dayandırılıb. 1996-cı ildə isə A-95 markalı benzinin istehsalına başlanılıb. Hazırda H.Əliyev adına BNEZ-də 3 növ benzin (A-92, A-95 və A-80 markalı benzinlər) istehsal edilir. Bu məhsulların 94,6%-ni A-92, 4,7%-ni A-95, 0,8%-ni isə A-80 markalı benzinlər təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə