Загрузка...
Xəbər lenti



Загрузка...

ABŞ rəsmən elan etdi – MÜHARİBƏ BAŞLAYIR
ABŞ rəsmən elan etdi – MÜHARİBƏ BAŞLAYIR
17 Mart 2017 / 16:53 / Baxış sayı: 836
Font1 Font2 Font3 Font4

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahını inkişaf etdirməyə davam edəcəyi halda hərbi müdaxilə variantı da gündəmə gələ bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Reks Tillerson bu ölkənin xarici işlər naziri Yun Ben Senlə görüşündə deyib.

Dövlət katibi Pxenyana qarşı səbr limitinin tükəndiyini, ABŞ-ın gündəmində Şimali Koreyeya qarşı yeni diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlərin olduğunu bildirib.

“Səbir strategiyası sona çatdı. Bütün variantlar masadadır. Əlbəttə, vəziyyətin hərbi qarşıdurmaya çevrilməsini istəmirik. Ancaq nüvə silahı ilə bağlı təhdid hərəkətə keçməyimizi zəruri edərsə, hərbi müdaxilə də edilə bilər”, – Tillerson söyləyib.

Tillerson nüvə silahından imtinanı KXDR-in təhlükəsizliyi və iqtisadi inkişafı üçün tək yol adlandırıb:

“Şimali Koreya anlamalıdır ki, təhlükəsizlik və iqtisadi çiçəklənməyə nail olmaq üçün kütləvi qırğın silahının hazırlanmasından, həmçinin nüvə silahı və ballistik raketlərdən imtina etmək tək yoldur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə