Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Brexit” proseduru yaxın iki həftədə işə salınacaq
“Brexit” proseduru yaxın iki həftədə işə salınacaq
17 Mart 2017 / 18:30 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması prosedurunun yaxın iki həftədə rəsmən işə salınacağını bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kardiffdə hakim mühafizəkarlar Partiyasının yaz qurultayında çıxış edən Tereza Mey deyib: “Növbəti iki həftə ərzində biz 50-ci maddəni (Avropa İttifaqı haqqında Lissabon sazişini) hərəkətə gətirəcək və Krallığın Avropa İttifaqından çıxmasını təmin etmək üçün danışıqlara başlayacağıq”.

“Biz Avropa üçün düzgün sövdələşməyə nail olacağıq”, – deyə hökumətin başçısı vəd edib.

Xatırladaq ki, martın 13-də Britaniyanın Lordlar və İcmalar palataları “Brexit” proseduru barədə qanun layihəsini razılaşdırıblar. Ötən cümə axşamı isə Böyük Britaniya kraliçası II Elizabet layihəni təsdiqləyib və bununla da sənəd qanun qüvvəsi alıb.

London və Brüsselin “Brexit”in şərtləri barədə danışıqları azı iki il davam edəcək. Beləliklə, Böyük Britaniyanın 2019-cu ilin yazında Avropa İttifaqının tərkibindən çıxması gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə