Загрузка...
Xəbər lenti



Загрузка...

Suriya İsrail təyyarəsinə raket atdı, İordaniyaya düşdü
Suriya İsrail təyyarəsinə raket atdı, İordaniyaya düşdü
17 Mart 2017 / 18:33 / Baxış sayı: 838
Font1 Font2 Font3 Font4

İsrail qırıcılarını vurmaq üçün buraxılan Suriya raketləri İordaniya ərazisinə düşüb.

“Bizimxeber” xəbər verir ki, bu barədə informasiyanı İordaniya Müdafiə Nazirliyi yayıb. Nazirlik raket qalıqlarının Qor es-Safi rayonuna düşdüyünü bildirib.

Rəsmi Əmman raket qalıqlarının rayona düşməsi nəticəsində heç kimin xəsarət almadığını söyləyib.

Qeyd edək ki, az öncə Suriya İsrail qırıcılarının ölkəyə girdiyini, təyyarələrdən birini vurduğunu açıqlamışdı. İsrail Müdafiə Nazirliyi isə Suriyada Huzbullah mövqelərini bombalayan təyyarələrinin vurulması xəbərini təkzib etdi.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə