Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Əhmədov: “İlham Əliyevin qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir”
Əli Əhmədov: “İlham Əliyevin qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir”
25 Aprel 2013 / 17:24 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

“Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində böyük seçki təcrübəsi də qazanıb. Bu təcrübə 2013-cü ilin prezident seçkilərində də uğur qazanmağımıza ciddi əsaslar yaradır”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov partiyanın Səbail rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşündə deyib.

O qeyd edib ki, son 10 il ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti və bu siyasətin uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdir: “Təbii ki, bu inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyaları dayanır və xalqımız Heydər Əliyev ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır. Bu mənada növbəti seçkilərdə İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir”.

Oktyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil olunması üçün YAP-ın üzərinə ciddi vəzifələr düşdüyünü deyən Ə. Əhmədov ilk partiya təşkilatları sədrlərinə seçkilərə hazırlıqla əlaqədar tövsiyələrini verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə