Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çox güman, Ali Məhkəməyə şikayət verəcəyik”
“Çox güman, Ali Məhkəməyə şikayət verəcəyik”
25 Aprel 2013 / 17:29 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində məhbus siyasətçi Nemət Pənahlı barəsində qərardan şikayət üzrə hazırlıq iclası keçirilib.

Fevralın 25-də Xəzər Rayon Məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin Nemət Pənahlı barədə təqdimatına baxıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub. Hakim Nemət Pənahlının həbsxana rejiminə köçürülməsinə qərar verib.

Bugünkü prosesə hakim Camal Ramazanov sədrlik edib. “Media forum” saytına danışan vəkil Elçin Əliyev deyib ki, Nemət Pənahlı prosesə gətirilib: “Apellyasiya prosesinin məhkəmə araşdırması ilə aparılmasının mümkünlüyü məsələsi müzakirə olundu. Hakim bildirdi ki, araşdırma aparılacaq, amma istintaqa ehtiyac yoxdur. Nemət Pənahlı ilə məsləhətləşdim, çox güman, ilkin iclasın qərarından Ali Məhkəməyə şikayət verəcəyik”.

Növbəti məhkəmə prosesi mayın 6-na təyin olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə