Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehman Hüseynovun apellyasiya şikayətinin vaxtı bilindi  
Mehman Hüseynovun apellyasiya şikayətinin vaxtı bilindi  
18 Mart 2017 / 15:10 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq. Bu haqda M.Hüseynovun vəkili Elçin Sadıqov deyib. Onun sözlərinə görə, şikayət bloqqer barəsində çıxarılan azadlıqdan məhrum etmə qərarı ilə bağlıdır.

M. Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. M.Hüseynov 2017-ci il yanvarın 9-da Nəsimi rayon 22 saylı Polis Bölməsi tərəfindən saxlanılıb.  Ertəsi gün Nəsimi Rayon Məhkəməsi M.Hüseynovu 200 manat cərimə edərək sərbəst buraxıb. Jurnasitlər önünə çıxan M.Hüseynov polis bölməsndə saxlandığı müddətdə işgənəclərə məruz qalması haqda açıqlama verib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev bunu polisə böhtan sayaraq bloqqerə arşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu iddia əsasındaM.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə