Загрузка...
Xəbər lenti



Загрузка...

Azərbaycan banklarının bir aydakı zərəri – 500 milyon manat
Azərbaycan banklarının bir aydakı zərəri – 500 milyon manat
18 Mart 2017 / 15:47 / Baxış sayı: 822
Font1 Font2 Font3 Font4
Bu ilin fevralın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 32 bank yanvar ayını zərərlə başa vurub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) “Qaynar”a verilən məlumata görə, banklar bu ilin yanvar ayında 496 mln. manatlıq zərərlə üzləşib.
Hesabat dövründə banklar faiz gəlirləri 179,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlərdən 130,9 mln. manat təşkil edib.
Bu ilin ilk ayında bankların faiz xərcləri 91 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 35,3 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 67,4 mln. manat təşkil edib.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 212 mln. manat ayırıb.
Ümumiyyətlə, yanvar ayında banklar əməliyyatlar üzrə 282,4 mln. manat zərərə düşüb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə