Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranın keçmiş prezidentinin qızı həbs edildi
İranın keçmiş prezidentinin qızı həbs edildi
18 Mart 2017 / 17:44 / Baxış sayı: 1438
Font1 Font2 Font3 Font4

İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, o, İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Sadiq Amoli Laricaninin bank hesabları haqqında yalan məlumat yaymaqda ittiham olunub.

İranın rəsmi şəxslərinin nüfuzuna zərər vuran belə məlumatlar yayanlar iki aydan iki ilədək azadlıqdan məhrum edilir, yaxud onlara 74 şallaq cəzası verilir.

Faizə Haşimi 2012-ci ildə mitinqə qatıldığı, hakimiyyətə qarşı çıxdığı üçün 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Onun qardaşı Mehdi Rəfsəncaniyə isə maliyyə fırıldağına görə 12 il iş kəsilib və hazırda həbsxanadadır.

İran hakimiyyətinə müxalifətdə olan mənbələr bildiriblər ki, Faizə Haşimi “hakimiyyət əleyhinə” təbliğat apardığına görə mühakimə edilib.

Əliəkbər Haşimi-Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. 2009-cu ildə müxalifət sayılan hakimiyyətdaxili islahatçı xətti müdafiə edərək, keçmiş prezident Mahmud Əhmədinejatla prezident postu uğrunda mübarizə aparmış və məğlub olmuşdu. O, 2017-ci il yanvarın 10-da vəfat edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə