Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Sarıyev: “Belə hesabatlar Azərbaycana təzyiq xarakterlidir”
Anar Sarıyev: “Belə hesabatlar Azərbaycana təzyiq xarakterlidir”
25 Aprel 2013 / 17:47 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

“Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi’” İctimai Birliyinin sədri Anar Sarıyev arxiv.bizimxeber.az-ın suallarını cavablandırdı.

– Anar müəllim, ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatının Azərbaycana aid hissəsində ölkəmiz tənqid olunub və bu sahədə nöqsanların olduğu iddia edilib. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Təşkilatı olaraq hesabatı necə dəyərləndirirsiz?
– Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və sosial göstəricilər dövlətimizin beynalxaq aləmdə nüfuzunun artmasına gətirib çıxarıb. Artıq Azərbaycan kredit almaq istəyən ölkədən iri transmilli layihələri maliyyələşdirən, dinamik inkişaf edən ölkəyə çevrilib. Bü gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması nəticəsində paytaxt Bakı ilə yanaşı regionlarda da beynəlxalq miqyaslı istər mədəni, istərsə də idman tədbirləri və beynəlxalq səviyyəli siyasi tədbirlər keçirilir. Bü gün Azərbaycan arzuolunan tərəfdaşa çevrilməkdərdir. Dünyanın bir çox yerlərində Azərbaycanla əməkdaşliq etmək istəyən və onu tərəfdaş kimi görmək istəyən bir çox ölkələr var. Ölkəmiz beynəlxalq aləmdə müstəqil siyasi və iqtisadi iradəyə malik, etibarlı ölkələrdən biridir.

Bəzən beynəlxalq münasibətlər prizmasından məsələlərə yanaşanda, müəyyən mənada təəccüb və təəssüf hissini gizlətməmək olmur. Belə ki, nəhəng dövlətlər və iri beynəlxalq qeyri-hökumət təşkilatları bir çox məsələlərdə, xüsusilə demokratik dəyərləri əks etdirən məsələlərdə, heç də həmişə obyektiv yanaşma tərzi nümayiş etdirmirlər. Yuxarıda qeyd olunan hesabatda vurğulanan bir cox məsələlər bir vətəndaş cəmiyyəti institutu nümayəndəsi və bir Azərbaycan vətəndaşı olaraq məndə dərin təəssüf hissi yaradır. Bizlər hesab edirik ki, hesabatda qeyd olunan məsələlər heç də bügünki Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirmir.

Qeyd etmək istərdim ki, ölkəmizdə qeyd olunan sahələrlə bağlı müvafiq beynəlxalq tələbləri özündə əks etdirən müvafiq hüquqi-normativ baza və qanunvericilik aktları qəbul edilib, müstəqil milli dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyəti institutları formalaşdırılıb. Biz düşünürük ki, belə hesabatlar Azərbaycana təzyiq xarakterlidir və həqiqəti əks etdirmir. Qeyd etmək istərdik ki, iqtisadi inkişaf dinamikasına malik bir ölkədə müəyyən nöqsanlar da labüddür, lakin onlar qeyd olunan səviyyədə deyil və nöqsanların aradan qaldırılması istiqamətində dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə səyləri artırılır.

– Dövlət Departamentinin hazırladığı hesabatda Azərbaycanda medianın və vətəndaş cəmiyyəti institutlarının indiki vəziyyəti ilə bağlı iradlar bildirilib. Buna münasibətiniz necədi?
– Təşkilat olaraq onu vurğulamaq istərdik ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında dövlətimizin dəstəyi danılmazdır. Artiq 5 ildir fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması təşkilatların inkişaf etməsinə, formlaşmasına müxtəlif səpkili irili-xırdalı bir cox layihələrin icrasını həyata keçirmələrinə şərait yaradıb. Bü gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları müstəqil fəaliyyət göstərirlər. İstər Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, istərsə də beynəlxalq təşkilatların elan etdikləri müsabiqələrdə iştirak edir və öz layihələrini icra edirlər. Biz hesab edirik ki, hər bir vətəndaş cəmiyyəti institutunun fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənməlidir. Biz onda qeyd edə bilərik ki, bəzi təşkilatlar öz fəaliyyətlərində bunu nəzərə almırlar və qanunları pozurlar. Təbii ki, qanun ən alidir və qanunu pozanlar məsuliyyətə cəlb olunmalıdırlar. Hesabatda ölkəmizdə mətbuat azadlığı ilə bağlı müəyyən iradlar bildirilib. Mən istərdim ABŞ-ın ölkəmizdəki nümayəndəliyinin əməkdaşlarına sual verim: sizcə, 5000–dən artiq mətbu orqanı fəaliyyət göstərən bir ölkədə hansı mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər? Məgər mətbuatın inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, internet resuslarından geniş istifadə etmək imkanları, sosial şəbəkələrdən aktiv istifadə edilməsi söz azadlığının məhdudlaşdırılmasıdırmı? İri super güclər dünyaya demokratiya ixrac edirlər və bir cox ölkələrə bu cür hesabatlarla siyasi təzyiqlər göstərirlər. Lakin Qərbin və Avropanın ən inkişaf etmiş ölkələrində rast gəlinən transmilli korporasiyalar tərəfindən həyata keçirilən çirkli pulların yuyulmasından, yüksək rütbəli məmurların korrupsiya və rüşvət faktlarında adlarının qeyd olunmasında, dini və etnik zəmində ayrıseçkilikdə, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin tələb etdiyi məsələlərdə ikili standartın tədbiq və.s bu cur məsələlərlə bağlı hesabatlar hazırlanırmı? Mən əminliklə deyə bilərəm ki, bizim cəmiyyətimiz Misirdə, Liviyada, İraqda olan demokratiyanı istəmir, bu demokratiya deyil, anarxiyadı. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası bu demokratik inkişaf mərhələsindən XX əsrin 90-ci illərində cox boyük itkilər və çətinliklərlə keçmişdi.

Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə