Загрузка...
Xəbər lenti



Загрузка...

120 sürəti olan maşınla 137 km/saat sürətlə radara düşdü – VİDEO
120 sürəti olan maşınla 137 km/saat sürətlə radara düşdü – VİDEO
18 Mart 2017 / 19:37 / Baxış sayı: 1342
Font1 Font2 Font3 Font4
Goranboy sakininin başına maraqlı hadisə gəlib. Onun yük maşını 137 km saat sürətlə radara düşüb. Həmdə avtomobilin maksimum sürəti 120 km saatdır. Sürücü bunun necə olduğunun araşdırılmasını istəyir.
İllərdir bu avtomobili sürür başına belə hadisə gəlməmişdi. Üstündə 27 ton olan yük olan avtomobil özündə olmayan sürətə görə cərimələnib. Maraqlı hadisə Goranboy sakinin başına gəlib.Onun yük maşını 137 km saat sürətlə radara düşüb.
Maraqlı məqam ondan ibarətdir ki, avtomobilin ən yüksək sürət göstəricisi 120 km saatdır. Rayonun Qızılhacılı qəsəbə sakini Mehman Əliyev 2 həftə öncə Bakı-Ələt yolunda hərəkətdə olarkən sürət həddini 67 km saat aşdığı üçün cərimə gəlib.
Uzun illərdir sürücülüklə məşğul qəsəbə sakini “Kamaz”-ın yüklü olduğu halda bu qədər sürət yığa biləcəyini ağlına belə gətirə bilmir. Başına gələn trajikomik hadisə ilə razılaşmayan Mehman Əliyev məsələnin araşdırlmasını istəyir.Yazılan cərimənin isə ləqv edilməsini düzgün hesab edir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Yol Polisi İdarəsindən isə bildirilib ki, həmin sürücü idarəyə müraciət etsin. Cərimə araşdırılacaq əgər texniki səhvlik olubsa sürücünün cəriməsi ləgv olunacaq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə