Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramiz Alıyev: “Deputatın belə fikir səsləndirməyinə inanmıram”
Ramiz Alıyev: “Deputatın belə fikir səsləndirməyinə inanmıram”
25 Aprel 2013 / 18:17 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevin arxiv.bizimxeber.az-a müsahibəsi

– Milli Məclisdə fahişəliyin leqallaşdırılması təklif edildi. Buna münasibətiniz necədir?
– Azərbaycan Respublikası demokratik bir ölkə olduğu kimi onun Milli Məcilisi də demokratik bir parlamentdir. Orada sərbəst olaraq hər bir millət vəkili hər sahədə öz fikirlərini, təklif və iradlarını səsləndirə bilər. Milli Məclisin iclaslarında hər hansı bir məsələ ilə bağlı hansısa millət vəkilinin öz şəxsi fikirini səsləndirməsinə normal yanaşmaq lazımdır. Bu o demək deyil ki, Milli Məclisdə millət vəkilinin fərdi olaraq səsləndirdiyi fikirlər, ümumilikdə Məclisin qərarıdır. Bunun üçün Milli Məclisdə səsvermə həyata keçirilir və əgər təklif səs çoxluğu ilə qəbul olunarsa, ondan sonra kimin səhv, kimin düz qərar verdiyini müzakirə edə bilərik. Milli Məclisdə heç bir deputatın belə fikir səsləndirməyinə mən şahid deyiləm və adı hallandırılan millət vəkilinin belə bir təklif etməsinə heç bir zaman inana bilmərəm. Ona görə ki, həmin deputat digərləri kimi hər zaman milli mentalitetimizə yüksək qiymət verib və ona sadiq olub. Kimlərsə hansısa fikirə don geyindirib, onu özlərinə sərf edən formada ictimaiyyətə təqdim edirsə, həmin şəxsin özünün milli mentalitetə hörməti yoxdur və onu heç milli mentalitet kimi məsələlər də maraqlandırmaz!

Azərbaycan dövləti hər zaman İnsan Alverinə Qarşı Mübarizə sahəsində qətiyyətli mövqeyini qoyub. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Daxili İşlər Nazirinin I müavini polis general-leytenantı Vilayət Eyvazovu İnsan Alverinə Qarşı Mubarizə üzrə Milli Kordinator təyin edib, DİN-nin tərkibində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb.Göründüyü kimi sistemli olaraq dövlətimiz bu cinayyətkarlığa qarşı böyük səylə mübarizə aparır. Eyni zamanda maarifləndirmə tədbirlərinə çox böyük yer ayrılır. Belə ki, Azərbaycan Respublikasınıən Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hər il onlarla QHT istər paytaxtda, istərsə də regionlarımızda maarifləndirmə tədbirləri həyata keçirir. İstər Milli Kordinator, istərsədə DİN-nin müvafiq idarəsi hər zaman QHT-lərlə sıx əməkdaşlıq edir. İldə bir dəfədən az olmayaraq bu sahədə çalışan QHT-lərlə Milli Koridinatorun görüşü olur. 2009-cu ildən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası fəaliyyət göstərir. Koalisiyanın tərkibində 45-dən artıq QHT var. Koalisiya ilə Milli Kordinator arasında Memandum da imzalanıb. Yəni, göründüyü kimi istər dövlət orqanları ,istər hökumət nümayəndələri, istərsə də QHT-lər insan alveri cinayyətkarlığına qarşı birgə mübarizə aparır və sıx əməkdaşlıq edirlər.

O ki, qaldı ölkəmizdə fahişəliyin leqallaşdırılması məsələsinə mənim münasibətimə. Mən şəxsən fahişəliyin leqallaşdırılmasının əlehinəyəm! Qəti olaraq da öz şəxsi fikirimi bildirirəm! Ona görə ki, biz müsəliman ölkəsiyik, bizim dəyərli milli mentalitetimiz var, bu məsələ də bizim dinimizə, mentalitetimizə zidd olan bir qərar olardı. Mən inanmıram ki, nə vaxtsa Milli Məclis belə bir qərar verə. Ona görə ki, Milli Məclis də çıxardığı hər bir qərar zamanı milli mentalitetimizi nəzərə alır. Milli Məclis “İnsan Alveri Cinayyətkarlığı” ilə bağlı cərimələri daha da artırır, cəzaların sərtləşməsini tələb edir, kimlərsə millət vəkillərimizin adından yalan olaraq müəyyən məqsədlər üçün fikirlər səsləndirir, müzakirələr aparır! Bu cür məqamlar yolverilməzdir, həssas nöqtələrə toxunaraq ondan siyasi məqsədlər və s. üçün istifadə etmək olmaz.

– Bu Azərbaycan cəmiyyəti üçün nə qədər uyğundur?
– Bu cür qərarlar bir çox ölkələrdə həyata keçirilməkdədir. Avropanın demək olar ki, əksər ölkələrində bu metod tətbiq olunmaqdadır. Ancaq təbii ki, ölkəmiz üçün bu cür qərarın verilməsini məqbul saymıram və inanmıram ki, nə vaxtsa belə bir qərar verilə bilsin. Bu cür qərarlar ölkəmiz üçün uyğun ola bilməz, bunu hər kəs bilir!

– Sizcə cəmiyyətin buna reaksiyası necə ola bilər?
– Hər birimiz cəmiyyətin bir üzvüyük. Biz necə reaksiya veririksə, cəmiyyətimizin digər üzvləri də bu cür məsəslərlərə eyni reaksiyanı verər. Ancaq cəmiyyətimizin əksər hissəsi belə bir təkilifin verilməsinə və qərarın qəbuluna heç vaxt inanmaz. Xüsusən də bu məsələ ilə bağlı adı hallanan millət vəkili tərəfindən belə təkilifin verilməsinə hər birimiz kimi cəmiyyətimizin əksər hissəsi də inanmaz.

– Bu qanun qəbul edilərsə mənfi və müsbət tərəfləri nədən ibarət olacaq?
– Bu və bu kimi milli mentalitetimizə zidd olan qanunlar hazırki Azərbaycan Resupblikasının Milli Məclisində nəinki qəbul edilməz, heç təklif də olunmaz. Milli Məclisin üzvlərinin hər biri Azərbaycan Respublikasının vətəndaşlarıdır, cəmiyyətimizin bir üzvüdürlər, milli mentalitetimizi də çox gözəl bilirlər. Hər bir millət vəkili təklif irəli sürərkən, ilk öncə onun məhsuliyyətini anlayır və elə bir təkliflə çıxış etməz ki, cəmiyyətimiz tərəfindən nifrətə səbəb olsun.

Rəqsanə Yusifzadə
Bizimxeebr.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə