Загрузка...
Xəbər lenti



Загрузка...

Novruz bayramı münasibətilə atəşfəşanlıq oldu
Novruz bayramı münasibətilə atəşfəşanlıq oldu
18 Mart 2017 / 20:53 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4

Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi və bayram gəzintisi martın 18-də Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

“Bizimxeber” xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Bakının bahar səması al-əlvan rənglərə boyanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə