Загрузка...
Xəbər lenti



Загрузка...

Sərkisyanın ardınca: Rusiyadan Qarabağa bir neçə “Lapşin” göndərildi
Sərkisyanın ardınca: Rusiyadan Qarabağa bir neçə “Lapşin” göndərildi
18 Mart 2017 / 22:49 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4

Rusiyadakı erməni və ermənipərəst dairələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı daha bir təxribatçı əməl törədilib.

Virtualaz.org xəbər verir ki, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edənləri təqib etməsinə cavab olaraq bu gün Rusiyadan Ermənistana bir neçə tanınmış  bloqqer və jurnalist göndərilib. Onların arasında bloqqerlər Anton Nosik, Anton Merkurov, radio redaktoru Svetlana Bolşakova və adları açıqlanmayan bir sıra digər bloqqerlər, jurnalistlər yer alır. Rusiyalı bloqqerlər və jurnalistlər sabah martın 19-da Ermənistan üzərindən Qarabağa keçəcəklər.

Moskvadan yola düşməzdən əvvəl bloqqer Anton Nosik özünün “Jivoy Jurnal”dakı bloqunda yazıb ki, “Dağlıq Qarabağ respublikasına” yola düşür, hansı ki, o, “qədim Artsaxdır”.

Anton Nosikin həyasızlığı bununla da yekunlaşmayıb, ardınca yazıb ki, Dağlıq Qarabağa gedənlərin Azərbaycanın suverenliyini pozduğunu deyirlər. “Mənim isə bu vecimə deyil, çünki Azərbaycanın özünün suveren respublika kimi mövcudluğunu tarixi səhv hesab edirəm”-özünün ekstremist çağırışları ilə tanınan Anton Nosik yazıb. Bloqqer Azərbaycanın ünvanına başqa təhqirlərə də yol verib.

Olduqca diqqəti çəkən məqam ondan ibarətdir ki, Rusiyadan bir qrup tanınmış bloqqerin və jurnalistin Azərbaycanın işğal altındakı ərazilərinə göndərilməsi Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərindən dərhal sonra baş verir. Və Sərkisyanın səfərindən cəmi bir gün əvvəl Rusiyanın Cənub dairəsinin qoşunlarına Ermənistan dakı 102-ci baza da daxil olmaqla cənub regionlarında qəfil həyacan siqnalı verilmişdi və poliqonlara yeridilmişdi. Bütün bunlar proqramlaşdırılıb, yoxsa hansısa “təsadüfdür”?

Belə görünür ki, Azərbaycan Baş prokurorluğu ləngimədən Qarabağa gələn rusiyalı bloqqerlərə və jurnalistlərə qarşı cinayət işi qaldırmalıdır. Anton Nosikə isə belə cinayət işi onun öz bloqunda yazdıqları əsas götürülərək bir neçə maddə ilə qaldırıla bilər. Bundan əvvəl Azərbaycan Rusiya, İsrail və Ukrayna vətəndaşlığı daşıyan rusiyalı Aleksandr Lapşinin Belarusda həbs olunub Bakıya təhvil verilməsinə nail ola bilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə