Загрузка...
Xəbər lenti



Загрузка...

Cəmilovdan şok açıqlama: Krım belə satıldı
Cəmilovdan şok açıqlama: Krım belə satıldı
19 Mart 2017 / 10:09 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4

Ukrayna xüsusi təyinatlıları 2014-cü ildə Krımın anneksiyasının qarşısını almaq ixtiyarında olduqları halda bunu etmədilər.

“Bizimxeber” xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

“Çoxlu səhvlər buraxıldı. 2014-cü ildə fevralın 26-dan 27-nə keçən gecə Krım parlamenti və nazirlər şurası tutuldu. Burada cəmi 110 nəfər var idi. Simferopoldan 20 kilometr aralıda 1500 nəfərdən ibarət “Alfa” dəstəsi yerləşirdi. Onlar gəlib buranı azad edə bilərdilər, amma heç nə etmədilər. Onların komandirinə niyə belə etdiklərini sual verəndə, o, mərkəzdən əmr almadıqlarını söylədi. Digər tərəfdən isə bu dəstəni daha çox Krım tatarlarının çıxışlarına reaksiya vermək üçün hazırlamışdılar. O zamankı məxfi doktrinada əsas potensial separatçılar məhz tatarlar göstərilirdilər”, – deyə o bildirib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə