Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda daha 30 “Lapşin”, üstəlik “Tupoy Qaqo”nun xarici dostları…
Qarabağda daha 30 “Lapşin”, üstəlik “Tupoy Qaqo”nun xarici dostları…
19 Mart 2017 / 10:22 / Baxış sayı: 894
Font1 Font2 Font3 Font4

Rusiyadan daha bir qrup bloqqer və jurnalistlərin Ermənistan üzərindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin təşkil olunmasının yeni təfərrüatları məlum olub.

Virtualaz.org xəbər verir ki, ekstremist çağırışları ilə tanınan və ötən gün özünün “Jivoy Jurnal”dakı bloqunda Azərbaycanın ünvanına təhqirlər yağdıran Anton Nosiklə yanaşı bu qrupa cəmi 11 ölkədən 30 bloqqer-jurnalist daxildir. Onlar martın 19-20-də Xankəndində erməni separatçı rejiminin və Dağlıq Qarabağ jurnalistlər ittifaqının təşkil etdiyi “beynəlxalq forumda”iştirak edəcəklər.

Təşkilatçılar bildirirlər ki, “konfransın” işi canlı yayımla YouTube kanalından və Facebook-dan yayımlanacaq. Bu səbəbdən Azərbaycanın müvafiq strukturlarının əməkdaşları hazırda Novruz bayramı tətili olmasına baxmayaraq öz istirahətlərini pozub həmin “konfransa” qatılanların kimliklərini təsbit etməli, onların barəsində ləngimədən müvafiq prosedurları başlatmalı və Anton Nosik kimi tiplərə qarşı ayrıca olaraq cinayət təqibinə start verməlidir.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-a bildirib ki, onlar işğal altındakı ərazilərə qanunsuz səfər edən rusiyalı bloqqerlərlə bağlı məsələni araşdırıb müvafiq addım atacaqlar.

Lakin Azərbaycanın işğal altındakı ərazilərini ermənilərlə birlikdə tapdalamağa hazırlaşanlar təkcə çoxu Rusiyadan olmaqla bloqqerlər deyil. Ermənistan oliqarxı, “Tupoy Qaqo” ləqəbli Qaqik Tsarukyan ötən gün özünün Razdan şəhərindəki seçki mitinqində bildirib ki, onun “Tsarukyan” seçki blokunun xarici dəstəkçiləri Ermənistandadır. Tsarukyanın bildirdiyinə görə, bunların arasında Avropadan mühafizəkar partiyaların təmsilçiləri, Avropa Parlamentinin deputatları, ABŞ və Avstraliyanın Respublikaçılar partiyalarının nümayəndələri var.

“Sabah onlar Ermənistan-Türkiyə sərhədinə gedəcəklər və sərhədin açılması məsələsini qaldıracaqlar. Növbəti dəfə isə onlar birlikdə Qarabağa gedəcəyimizi bildiriblər”-Tsarukyan elan edib. O, “növbəti dəfə”nin tarixini göstərməyib.

Xatırladaq ki, Azərbaycan dəfələrlə Qarabağa Bakıdan icasəsiz səfərlər edən və öz bloqunda Azərbaycanın ünvanına təxribatçı çağırışlar edən rusiyalı bloqqer Aleksandr Lapşinin Belarusda saxlanılmasına və ekstradisiyasına nail olub. Ermənistan və dünya erməniləri bundan bərk narahat olublar. İndi onlar Lapşinin həbsinin xaricilərin Dağlıq Qarabağa səfərlərinə əngəl yaratmayacağını sübut etmək üçün bütün güclərini səfərbər ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə