Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Britaniyada Suriyada kimyəvi silahdan istifadəyə dair faktlar var
Britaniyada Suriyada kimyəvi silahdan istifadəyə dair faktlar var
26 Aprel 2013 / 1:01 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Böyük Britaniyada Suriyada kimyəvi silahdan istifadəyə dair faktlar var. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər nazirliyi bildirib.

“Biz Suriyada kimyəvi silahdan və qazdan istifadəyə dair məhdud da olsa, inandırıcı faktlar var. İnformasiyalar bir neçə mənbədən əldə olunub” – deyə XİN-in mətbuat xidmətinin nümayəndəsi bildirib.

O, mənbənin adını çəkməsə də, bu açıqlama ABŞ Administrasiyasının nümayəndəsinin Suriyada kimyəvi silahdan istifadəyə dair məlumat verməsindən sonra ortaya çıxıb.

Ağ Ev və Pentaqon məlumat yayıb ki, ABŞ kəşfiyyatının informasiyalarına görə, Suriya hakimiyyəti az miqdarda da olsa, kimyəvi silahdan istifadə edib.
Bununla yanaşı bildiriblər ki, Suriyada zəhərli qazdan da istifadə edilib. Suriya hakimiyyəti isə deyir ki, martın 19-da müxalifət Aleppo vilayətində kimyəvi silahdan istifadə edib. Müxalifət də öz növbəsində iddia edir ki, hakimiyyət dekabr ayında Xoms şəhərində kimyəvi silahdan istifadə edib.
Qeyd edək ki, Suriya hakimiyyəti BMT-nin ekspertlərdən ibarət missiyasını ölkəyə buraxmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə