Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan NATO-nun hərbi təlimlərinə qatılacaq
Azərbaycan NATO-nun hərbi təlimlərinə qatılacaq
20 Mart 2017 / 16:00 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4

Bu ən irimiqyaslı təlim olacaq

NATO-nun “Tərəfdaşlıqda güc” devizi altında “Layiqli tərəfdaş-2017” hərbi təlimləri bu ilin iyul ayında Gürcüstanda keçiriləcək. İstiPress-in məlumatına görə, qonşu ölkədə artıq bu hərbi təlimlər üçüncü dəfədir keçirilir. Bu il təlimlər daha irimiqysaylı olacaq.

Hərbi təlimlərdə 10 ölkənin hərbiçiləri və NATO tərəfdaşları – ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, İspaniya, Ruminiya, Sloveniya, Azərbaycan, Ermənistan və Ukraynanın hərbiçiləri iştirak edəcək. Hərbi təlimlərin məqsədi Gürcüstanın, o cümlədən NATO-a üzv dövlətlərin regional və vahid əməkdaşlıq imkanlarının formalaşması, o cümlədən logistika və əməliyyat planlaşdırılması və icrasının təkmilləşdirilməsidir.

Hərbi təlimlərin nə qədər davam edəcəyi hələ bəlli deyil. NATO-ya üzv və tərəfdaş ölkələrin hərbiçiləri artıq Gürcüstandadır.

Qeyd edək ki, ilk “Layiqli Tərəfdaş” təlimi 2015-ci ildə də Gürcüstanda keçirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə