Загрузка...
Xəbər lenti



Загрузка...

Ermənistanın baş naziri: “Azərbaycanla oturub razılığa gələcəyik”
Ermənistanın baş naziri: “Azərbaycanla oturub razılığa gələcəyik”
20 Mart 2017 / 23:23 / Baxış sayı: 1268
Font1 Font2 Font3 Font4

“İstisna etmirəm ki, bir müddət sonra biz Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyik. Bu o demək deyil ki, dostlaşacağıq, lakin o deməkdir ki, qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyik”, – bunu Ermənistanın baş naziri Karen Karapetyan yaşlı bir seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualına cavab olaraq deyib.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, Ermənistan baş nazirinin sölərinə görə, buna baxmayaraq, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir.

“Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik, çünki Qarabağın öz taleyini müəyyənləşdirməsinə və təmas xəttinə öz şərəfimiz, heysiyyətimiz və identikliyimiz məsələsi kimi yanaşırıq”, – K.Karapetyan deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə