Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP rəsmisi:”Onu anasının yanına dəvət etmək lazımdır”
YAP rəsmisi:”Onu anasının yanına dəvət etmək lazımdır”
26 Aprel 2013 / 9:55 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Rusiyada yaşayan Azərbaycan əsilli yazıçının ermənilərdən üzr istəməsinə reaksiya verib. Bizimxəbər.az xəbər verir ki, YAP rəsmisi bu cür halların baş verməsini pisləyib: “24 aprel tarixində Rusiyanın Moskva çəhərində yaşayıb-yaradan Azərbaycan əsilli rus yazıçısı, Azərbaycan Yazıçılar Birliyinın üzvü, ədəbi tənqidçi, publisist Eduard Bağırov öz “Facebook” səhifəsində erməni xalqına üzdəniraq “erməni soyqırımı” münasibətilə baş sağlığı verib.
Xəbər üzücü və düşündürücüdür. Münasibətə həm Bakıda, hən Moskvada yaşayan azərbaycanlılar reaksiya verdilər. Olay pisləndi, Eduardın bu addımı konyukturadan irəli gələrək atdığı fikri irəli sürüldü.
Mən də Eduard İsmayıl oğlunun bu düşünülməmiş addımını pisləyir və nə vaxtsa bu hərəkətindən peşimançılıq hissi keçirəcəyini düşünürəm.
Azərbaycanlı və türk dünyasına düşmən kəsilən ideologiyaya olmayan bir hadisəyə görə başsağlığı verilməsi absurddur. Bəlkə də Bağırovun atasının Türkmənistanda yaşamasının səbəblərindən biri də elə erməni millətçilərinin XIX-XX əsrlərdə Cənubi Qafqazda hərəkətləri olub.
Eyni zamanda düşünürəm: bəlkə Eduardın belə addım atmasının bir səbəbi də özümüzdədir? Azərbaycanda olmayan, tariximizi bilməyən etnik azərbaycanlının erməni təsiri altına düşməsi tamam mümkün məsələ idi. O əgər vaxtaşırı ana vətəninə gəlsəydi, tariximizlə yerində tanış olsaydı belə üzdəniraq başsağlığı da ortaya çıxmazdı. Cəmi 38 yaşı olan və Azərbaycanı ancaq xəritədə görən rus yazıçısının ətrafında dostlarının arasında niyə azərbaycanlı ziyalılar yoxdur ? Niyə indiyə qədər o Azərbaycana dəvət edilməyib, haqqında mətbuatımızda yazılmayıb, əsərlərinə tamaşalar qoyulub, filmlər çəkilməyib?
Suallar çoxdur və onu tam itirdiyimizi düşünmürəm. Kökündən aralı düşmüş, abstrakt kosmopolit olmuş Bağırovun Azərbaycanı sevməsi üçün onu sadəcə olaraq anasının yanına dəvət etmək lazımdır.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə