Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaçaqmalçılar Azərbaycana dənizlə keçmək istədilər
Qaçaqmalçılar Azərbaycana dənizlə keçmək istədilər
21 Mart 2017 / 14:31 / Baxış sayı: 836
Font1 Font2 Font3 Font4

Rusiya sərhədçiləri bu ölkədən Azərbaycana qaçaqmalçı yerdəyişməyə cəhd vaxtı böyük partiyada tütün məmulatları ələ keçiriblər.

Virtualaz.org bildirir ki, bu barədə “AiF Dağıstan” nəşrinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin mətbuat xidmətindən bildiriblər.

“Dənizin Dərbənd şəhərindən cənub-şərq istiqamətindəki ərazisində içində Rusiyanın iki vətəndaşının olduğu və Azərbaycana doğru kurs götürmüş kiçik həcmli gəmi aşkar edilib. Onlar sərhədçilərin, sənədlərin yoxlaması üçün gəmini dayandırmaq barədə qanuni tələblərinə əhəmiyyət verməyərək gizlənməyə çalışıblar”, – deyə mənbə qeyd edib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, gəminin təqibinin gedişində qayda pozanlar qara paketlərə qablaşdırılmış qutuları suya atmağa başlayıblar. Sonradan müəyyənləşdirilib ki, qutularda Rusiya Federasiyasının aksiz markaları ilə markalanmamış təxminən 3 min blok “NZ gold compact” markalı siqaret olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə