Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə ABŞ-a etiraz etdi
Türkiyə ABŞ-a etiraz etdi
21 Mart 2017 / 20:28 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4

“ABŞ İstanbulun beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanları ilə qarışdırmasın”.

APA-nın məlumatına görə, bunu bu gun jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Xatırladaq ki, elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. Ə. Arslan isə bildirib ki, Türkiyə beynəlxalq hava limanlarında təhlükəsizliklə bağlı bütün tədbirləri həyata keçirir: “ABŞ-ın bu addımı doğru deyil. Məsələ ilə bağlı ABŞ-ın müvafiq orqanları ilə müzakirələr aparılır. Elektron qurğular təyyarədə sərnişinlərin daha komfort, rahat şəraitdə uçuşunda rol oynayır. İstanbuldakı beynəlxalq hava limanlarından il ərzində 80 milyona qədər insan istifadə edir. Bu qadağanın tətbiqi hava limanlarında sərnişinlərin sayının azalmasına səbəb olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə