Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə getdi
Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə getdi
22 Mart 2017 / 9:41 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4

Ermənistan prezidenti Serj Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Ermənistan prezidentini Əbu-Dabi aeroportunda BƏƏ baş nazirinin müavini, prezident məsələləri üzrə nazir Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.

Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya agentliyi yayıb.

Serj Sarkisyan qarşılanma mərasimindən sonra Şeyx Mənsur ibn Zayd əl-Nahayyan ilə söhbət edib.

Ermənistan prezidenti, həmçinin BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mansur ilə martın 22-də keçiriləcək “Ermənistan – Birləşmiş Ərəb Əmirlikləri” investisiya forumu haqda danışıqlar aparıb.

Xatırladaq ki, forumun keçirilməsi barədə razılıq Ermənistan prezidentinin BƏƏ-yə keçən ilin sonunda reallaşan rəsmi səfəri zamanı əldə olunmuşdu.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə