Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO
Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO
22 Mart 2017 / 10:43 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Azərbaycanın əməkdar artisti Əsgər Rəhimov vəfat edib. arxiv.bizimxeber.az Report-a istinadən xəbər verir ki, aktyor martın 21-də dünyasını dəyişib.
Qeyd olunur ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirdi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.
Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.
O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb.
Onun yaratdığı Nikita (A.Arbuzov, “Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov, “Kaliforniyada dəfn”), Lukin (M.Qorki, “Vəhşilər”), Bayandur (İ.Əfəndiyev, “Büllur sarayda”), Ralf (R.Baer, “Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə, “Nonsens”), Qraf Kent (U.Şekspir, “Kral Lir”), Həkim (K.Hiqqins, “Qarold və Mod”) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə