Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis qəza törətdi: ölən var
Polis qəza törətdi: ölən var
26 Aprel 2013 / 10:13 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Ağdaş rayon bölməsinin mülki mühafizə xidmətinin əməkdaşı, Şəkili kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Anar Zülfəli oğlu mühafizə bölməsinə məxsus 90-AC-372 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb.

Hadisə nəticəsində sürücü Anar Bayramov və sərnişin – Şəkili kənd sakini, 1986-cı il təvəllüdlü Əzizov Elvin Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Elvin Əzizov aldığı xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

 Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə