Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı təcridxanasında Lapşinin halı pisləşib?
Bakı təcridxanasında Lapşinin halı pisləşib?
22 Mart 2017 / 13:36 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4

Bloger Aleksandr Lapşinin həyat yoldaşı Yekaterina Bakıda təcridxanada saxlanılan ərinin halının pisləşdiyini bildirib.

“Martın 17-də Saşa vəziyyətinin pisləşməsindən şikayətlənmişdi – bu barədə yazmışdım. Dünənki söhbətdən sonra isə onun vəziyyəti ciddi narahatlıq doğurmağa başlayıb. Başağrılarından əlavə, gecə burnundan qan açılıb”, – qadın özünün “Facebook” səhifəsində yazıb.

Yekaterinanın sözlərinə görə, təcridxananın həkimi ona ərinin vəziyyətinin normal olduğunu bildirsə də, narahatdır. Blogerin həyat yoldaşı Rusiyanın Bakıdakı səfirinə Lapşini diqqət mərkəzində saxladığı üçün minnətdarlığını da bildirib.

Eyni zamanda, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıxov virtualaz.org-a bildirib ki, Lapşinin vəziyyətinin pisləşməsi barədə məlumat həqiqətə uyğun deyil: “Bu gün əldə etdiyimiz məlumata əsasən, Aleksandr Lapşinin vəziyyəti normaldır, səhhəti ilə bağlı problemi yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə