Güclü dolu yağır – Bakı-Astara yolunda hərəkət iflic oldu, qəzalar var /VIDEO
22 Mart 2017 / 13:39 / Baxış sayı: 2976
Bu dəqiqələrdə Qaradağ rayon ərazisinə güclü dolu yağır.
BakiPost xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən avtomobillərə, evlərə ziyan vurub. Bundan başqa Bakı-Astara yolunun Ələt qəsəbəsindən Salyana qədər hissəsində avtomobillərin hərəkətini iflic edib.
Bir neçə avtomobilin qəza etdiyi, yoldan çıxdığı bildirilir.
Sürücülərdən birinin göndərdiyi videonu təqdim edirik: