Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Serj Sarkisyan keçmiş prezident Ter-Petrosyanla bağlı qərarını verdi
Serj Sarkisyan keçmiş prezident Ter-Petrosyanla bağlı qərarını verdi
22 Mart 2017 / 14:18 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4

Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Konqres- EMK” seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib. Bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb.

“Bütün sosioloji sorğulara əsasən “Konqres – EMK” bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyananın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar”, – deyə qəzetin mənbəsi bildirib.

Nəşrin yazdığına görə, “Konqres -EMB” blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: “Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi güvvələr üçün qəbuledilməz olan sülh formulunu – seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə