Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hollivud ulduzu Trampı biabır etdi
Hollivud ulduzu Trampı biabır etdi
22 Mart 2017 / 14:53 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4

Tanınmış aktyor və bodibilder, ABŞ-ın Kaliforniya ştatının keçmiş 38-ci qubernatoru Arnold Şvartsenegger ilə president Donald Tramp arasında “söz müharibəsi” hələ də davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Arnold Şvartsenegger özünün “Twitter” səhifəsində Donald Trampa video-müraciət edib.

Tanınmış aktyor Trampı xalqın etimadını lazımı qədər qazana bilməməkdə ittiham edib.

Arnold Şvartsenegger deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cəmi 39 faiz səs toplaya bilib:

“Bu isə çox azdır. Donald Tramp, bəs sən nə gözləyirdin? Ah Donald, xalqın dəstək verdiyi faiz göstəriciləri elan edildi. Və sən dərinliyə batdın! 30 faizdəsən! Bəs sən nə gözləyirdin? Uşaqların dərsdən sonrakı proqramlarını ləğv etmək, maddi imkanları aşağı olan insanlardan vəsait almaq və digər bu kimi hərəkətlərinin qarşılığı da budur! Deyirdin ki, Amerikanı yenidən dirçəldəcəm. Belə zarafatlar etmə! Axı sən bu cür tövsiyələri kimdən alırsan?”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə